“Rupor” yeni layihəyə başlayır - İSTEDADLI UŞAQLARI ÜZƏ ÇIXARAQ


  • 12:30 / 11 05 2020 |
  • Bölmə: Gündəm

 
Rupor.az saytı ölkənin intellektual potensialının gücləndirilməsi, gələcəkdə kadr bankının zənginləşdirilməsi, yeniyetmə və gənclərin həvəsləndirilməsi məqsədilə “İSTEDADLI UŞAQLARI ÜZƏ ÇIXARAQ” adlı layihəyə başlayır. 

Layihə çərçivəsində orta məktəb şagirdləri arasından müxtəlif bacarıqlarnı aşkara çıxardığımız uşaqları həftədə iki dəfə oxuculara təqdim edəcəyik. 
Həmin şagirdlər barəsində məlumatları bölüşəcək, onlardan kiçik müsahibələr alacaq, fotoları, videoları yazılara əlavə edəcəyik.

Materiallar saytın rəsmi Facebook və İnstaqram səhifələrində, o cümlədən əməkdaşlarımızın sosial şəbəkə hesablarında paylaşılacaq.

Valideynlərin, şagirdlərin, müəllimlər bizimlə bu vasitələrlə əlaqə saxlaya bilərlər: 
[email protected]; mobil: 0557172061; ofis: 3430968



Oxşar xəbərlər