Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutmaı nəticəsində ölənlərin say artdı - YENİLƏNİB - FOTOLAR


  • 17:54 / 15 10 2020 |
  • Bölmə: Gündəm / RUPORfoto / Hadisə / Bölgə


Ermənistan ordusu Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
"Rupor" APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu da vəfat edib. 
İlkin məlumatda bildirilirdi ki, ermənilər tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən terror aktı nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb. 

***
Tərtərdə ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində yaralıların sayı 5-ə çatıb. "Rupor"un Trendə istinadən məlumatına görə, 3 nəfər həlak olub.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bu barədə yazıb.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.
"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır".

***

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.
Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.
3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.














Oxşar xəbərlər