"Koronavirusla mübarizə Qələbəyə, Orduya dəstəkdir" - Yaqut Qarayeva


  • 11:43 / 16 10 2020 |
  • Bölmə: Gündəm / Səhiyyə


“Ən qaynar bölgələrdə TƏBİB-in işçi qrupları var, hərbçilərin təxliyəsi və müalicəsinə köməklik edirlər. Bu vəziyyətdə koronavirus xəstələrinin artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir”.

Bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Bu gün ölkədə kifayət qədər süni tənəffüs aparatlarının, dərman ehtiyatlarının olduğunu xatırladan TƏBİB-in şöbə müdiri onu da vurğulayıb ki, tibb işçiləri xüsusən cəbhə bölgəsində işləmək istəyirlər: 
"Biz heç bir halda koronavirus xəstələrini köməksiz qoya bilmərik. Bu xəstələr də lazımi tibbi yardım alacaqlar. Bu xəstəliklə mübarizə də bu gün Qələbəyə, Orduya dəstəkdir. Bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir. Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq. Özümüzü qorusaq,  tibb işçilərinin də işi artmaz. Bu şəkildə Qələbəmizə dəstək olaq”.


Oxşar xəbərlər