Gəncə terroru nəticəsində 3 uşaq ölüb, 5-i xəsarət alıb - Baş Prokurorluq


  • 13:29 / 17 10 2020 |
  • Bölmə: Gündəm


Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəinə tutması nəticəsində ölənlərdən 3 nəfəri azyaşlıdır.
"Rupor" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır.


Oxşar xəbərlər