"Ermənistan insanlığa qarşı vəhşiliyini açıq şəkildə nümayiş etdirir" - Səttar Möhbalıyev


  • 16:26 / 17 10 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev bildirib ki, Ermənistan  ordusunun zərbələri nəticəsində 2-si körpə olmaqla 13 nəfər həlak olub, 50-dən artıq sakin yaralanıb.

Gəncəyə və digər iri şəhərlərimizi, orada məskunlaşan dinc əhaliyə raket hücumu həyata keçirmək Ermənistan rəhbərliyinin çarəsizliyinin nümunəsidir.

İnsanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqı olaraq bizi naharat edir. Beynəlxalq aləmin, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT Minsk qrupunun sivil insanlara qarşı cinayət olan bu  hücumları ilə bağlı sərt reaksiyasına ümid edirəm.

Unutmasınlar ki, Azərbaycan ordusu xalqımızdan aldığı əzmkar iradə və Ali Baş Komandanın əmrləri ilə, onların cavabını döyüş meydanlarında verir və verəcəkdir.

Qarabağ AZƏRBAYCANDIR!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,
AHİK


Oxşar xəbərlər