Vyana, Hannover, Münhen, Tbilisi, Londonda Ermənistan terroruna qarşı aksiyalar - Fotolar


  • 17:52 / 18 10 2020 |
  • Bölmə: Gündəm / Dünya


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbayacanlıların işğalçı Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına, Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin  dəfələrlə raket atəşinə tutulmasına, nəticədə mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin 
dağıdılmasına qarşı etiraz aksiyaları davam edir. 

"Rupor" xəbər verir ki, Diasporla İ üzrə Dövlət Komitəsinin yaydığı məluamtalar görə bu məqsədlə Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu Helden Platz meydanında icazəli aksiya keçirib. Aksiya  iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması  nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini  Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar. 

“Azer Der” cəmiyyətinin  təşəbbüsü ilə  keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak ediblər.  Aksiyada çıxış edən soydaşlarınız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə  onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından  təəssüf hissi keçirdiklərini bildiriblər.
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni  ilə yanaşı Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”,  “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son”  şüarlar səsləndiriblər.  

Alman Azərbaycan Dostluq Cəmiyyətininn təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan anım mərasimində azərbaycanlı icmanın  üzvləri iştirak edib.
Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf alması, müxtəlif şəhər və rayonlarda onlarla günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənilib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim edilib.
Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin  ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd edib, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib. 
Yürüşdə işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrində, xüsusilə Gəncə və Mingəçevir şəhərlərində dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti, mülki şəxslərin, azyaşlıların öldürülməsini soyqırım aktı kimi qiymətləndiriblər. 
Azərbaycanlılarla yanaşı, türk icmasının nümayəndələri və digərlərinin iştirakı ilə “Marienplatz” meydanından başlayan yürüş “Odeonsplatz” meydanına kimi davam edib. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndiriblər. Bildirilib ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Yürüş zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər, Gəncə və Mingəçevir şəhərlərində törədilən vandalizm aktları ilə bağlı yerli ictimaiyyət geniş məlumatdırılıb.

Gürcüstanın azərbaycanlı, osetin, Ukrayna icmalarının və mühacirətdə olan Abxaziya hökuməti nümayəndələrinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Tbilisidə Parlament binasının qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.
Aksiyada çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini bildiriblər.  Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulması, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğlayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.
 
Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə London şəhərində avto-yürüş keçirib. Yürüş iştirakçıları işağlçı Ermənistan ordusunun cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yenidən raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, ö cümlədən qadınların və azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərin dağıdılmasına etirazlarını da ifadə ediblər. 
Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avto-yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən  şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutmasına yönəldiblər. 50 avtomobildən ibarət olan avto-yürüş Londondakı Trent Park yaxınlığından start götürüb, Standon adlanan ərazidə başa çatıb. 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

























Oxşar xəbərlər