Separatçıların “məmur”ları qaçırlar


  • 17:51 / 03 11 2020 |
  • Bölmə: Gündəm / İstedadlar


Azərbaycanın Qarabağ bölgəsinin işğal altında qalan hissəsində separatçıların “məmur”ları müxtəlif bəhanələrlə döyüşdən yayınır, isti bucaq axtarırlar.


"Rupor" Unikal.org-a istinadən bildirir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. 

Məlumata görə, bunu Ruslan Sarqsyan adlı döyüşən “məmur”lardan birinin arvadı Zarina Saracyan bildirib.

O, fərarilik edən “məmurların” sərt şəkildə cəzalandırılmasını və “tutduqları vəzifədən azad olunmasını” təklif edib.

Bununla belə, canlı qüvvə azlığından döyüşdən yayınan “məmur”lara daha bir şans verilib. Çünki həmin fərarilərin cəzalandırılması onlar üçün döyüş bölgəsini tərk etməsinə yardım edər.



Oxşar xəbərlər