"Düşünə bildiyiniz hər şey gerçəkdir" - Nurlan Hasansoy


  • 13:05 / 19 11 2020 |
  • Bölmə: Gündəm / İstedadlar



"Rupor.az" istedadlı gənclərə  "FərqliSən" rublikasında özünü təqdim etməyə şərait yaradır. İlk təqdimat Nurlan Hasansoya məxsusdur.

Sizə qazandığım bəzi uğurlardan bəhs etmək istəyirəm: 
"Xəmsə intelektual oyunu üzrə iki dəfə şəhər birinciliyi, bir dəfə zona birinciliyi, bir dəfə zona ikinciliyi və "Ölkəmizi tanıyaq" layihəsində çüncülüyü qazanmışam.
Nə? Harda? Nə zaman?  intelektual oyunu üzrə üç dəfə şəhər birinciliyi, iki dəfə zona birinciliyi, bir dəfə zona üçüncülüyü əldə etmişəm.
Riyaziyyat olimpiadasında birinci yerə çıxmışam.  Daha sonra Azərbaycanın ən yaxşı natiqi tituluna layiq görülmüşəm. Üç dəfə debat yarışmasının qalibi olmuşam. Microsoftun könüllülük programını qazanaraq, micorosoft office proqramlarının təqdimatı departamentinin könüllü çalışanı olmuşam. Formula 1 yarışmasında könüllü vice-supervizor, İslam oyunlarında isə könüllü olmuşam.Həmçinin orta məktəbi bitirsəm də hələ də şərəf lövhəsində şəklim durur.
10 yaşımdan işləməyə başlamışam. İlk iş yerim dönərxana olub. Paketçi və qarson kimi çalışmışam. Bu yaşıma qədər 30 dan artıq kafedə işləmişəm. Müdir yardımcısı olaraq da, qarson olaraq da. Baristalıq bacarığı əldə etmişəm. 
ANİ Group Production, Epoch.az, Epoch Academy, Baramagroup.az kimi startuplarım olub. İçlərində olan Epoch.az və Baramagroup.az startup planlamasını iki müxtəlif şirkətə satmışam.
Oxuduğum ilk universitetdə Uluslararası Öğrenci Topluluk Başkanı təyin edilmişəm. Ondan sonra sırası ilə Yabancı Uyruklu tələbə təmsilcisi, Öğrenci dekanı yardımcısı, Uluslararası tələbə ofis koordinator yardımcısı və ən sonda rektor danışmanı, "EH Türkey" layihəsinin Yönətmən köməkcisi vəzifələrində çalışmışam. 
Kiçik waffle satan kafe dövr almışam. Daha sonra bunu kar ilə dövr etmişəm. Eskişehir Anadolu Universitesinin Açık Öğretim İşletme Yöneticiliğini bitirmişəm.  Hazırda Bursa Uludağ Universitetinin İşletme bölümünün 4-cü kurs tələbəsiyəm. "Asgaroghlu Group"un və nəznində olan bütün şirkətlərin CRO- Risk mütəxəssisiyəm.  Gənclərə Nəfəs Forumu - GNF 2020 layihəsinin təsisçisi və rəhbəriyəm. "Mercure Hotels" şəbəkələrinin HR yönəticisiyəm.
Hasansoy Group" şirkətinin təsisçisi və rəhbəriyəm. HG nəznində olan "Questo Cafe"nin sahibiyəm. Bursada TedX spikeri olmuşam. Universitet tələbəsi olaraq orada çıxış etmişəm.  Təlimçiyəm. 10 fərqli ölkədən beynəlxalq seritifikatlarım var. Risk mütəxəssisliyi, Bədən dili, İnsan Resursları, Ünsiyyət psixologiyası, Komanda daxili ünsiyyət, Müştəri psixologiyası, İdarəetmə kimi kursları bitirmişəm. 
Çağdaş Yönetim teknikleri- İşletmecilik kursu, Diksiyon( Etkili Konuşma ) kursu, Eğiticinin eğitimi kursu, Genel Yönetim kursu, Girişimcilik kursu, Güzel konuşma kursu, İnsan kaynakları yönetim kursu, Stratejik yönetim kursu, Üst düzey yönetici kursnu, bitirmişəm.
Stres ve Stresle başa çıxma eğitimi, Zaman yönetimi eğitimi, Fotorafçılık eğitimi, CV hazırlama ve iç görüşmesi eğitimi, NLP eğitimi, Problem çözme eğitimi, Takım çalışması eğitimi, Liderlik eğitimi, Motivasyon koçluğu eğitimi, Kişilik analizi eğitimi, İkna teknikleri eğitimi, Etkili iletişim eğitimi, İş kolaylaştırma eğitimi almışam.
"Risk mütəxəssisliyi", "Təlimçilik", "HR-texnikaları", "Bədən dili", "Natiqlik", "İdarəetmə texnikaları", "Müsahibə texnikalar" , "Səlin nitq ", "Ünsiyyət psixologiyası", "Müştəri psixologiyası", "Komanda daxili ünsiyyət"  "Girişimcilik" adlı təlimlər verirəm. Bu vaxta qədər, 200 dən artıq təlimdə iştirak etmişəm, 100 dən artıq təlim keçmişəm. 3 illik təlimçilik təcrübəm var. Yüzlərlə tələbəm olub. Hər birini də çox istəyirəm. Etdiklərimin sadəcə bir səbəbi var: "Düşünə bildiyiniz hər şey, gerçəkdir". 

Hazırladı: İlkin Həsənov





Oxşar xəbərlər