Ali Baş Komandanın qəhrəmanlığı qıymətləndirilsin - Deputatlar təkliflər verdi


  • 13:15 / 20 11 2020 |
  • Bölmə: Gündəm


Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Azərbaycan Prezideti, Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad olunmasında göstərdiyi  böyük qəhrəmanlğın qiymətləndirlməsi təklifi ilə çıxış ediblər. 

Deputat Fəazil Aağamalı deyib: “Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik. Böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaqlar Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir".
Deputat Məlahət İbrahimqızı: "Fəzail Ağamalının təklifini dəstəkləyirm. Eyni zamanda dünyada Vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsinin qalib liderinə Marşal rütbəsi verilib. Bu gün möhtərəm, Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, ən yüksək hərbi rütbə - Marşal rütbəsi verilsin". 
Deputat Siyavuş Novruz: "Orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, “Vətən Qəhrəmanı” adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”. 
Sədr Sahibə Qafarova: "Bunlar çox mühüm təkliflərdir. Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur”.





Oxşar xəbərlər