Mehriban Əliyeva Ağdamın işğaldan azad olması münasibətiylə xalqımızı təbrik etdi - Foto


  • 17:21 / 20 11 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib
"Rupor" xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"






Oxşar xəbərlər