Futbol dahisi Dieqo Maradona vəfat edib.
"Rupor" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Maradona noyabrın əvvəlində  beyin qanaması ilə xəstəxanaya yerləşdirilmişdi.
Maradona Argentinanın Argentinos "Juniors", "Boca Juniors" və "Newells Old Boys", İspaniyanın "Barselona" və "Sevilya" komandalarında oynayıb. Ən uğurlu karyerasını "Napoli"də keçirib.
O, Argentina millisinin 91 oyununda ştirak edib, 34 qol vurub və 1986 Dünya Kubokunun qızılını və 1990 Dünya Kubokunun gümüşünü qazanıb.
1994 Dünya Kuboku zamanı qanunsuz dərmanlara qarşı dopinq testindən keçərkən pozitiv nəticə verib, buna görə 15 ay diskvalifikasiya edilib. 
Maradonna bir neçə dəfə məşqçi fəaliyyəti göstərib. O, Argentina millisini 2008-2010-cu illərdə Dünya Kubokunun dörddəbir finalına çıxarlb. 2019-cu ildən La Platanın "Ximnasiya" klubunun baş məşqçisi idi.




Oxşar xəbərlər