Mahirə Nağıqızı şəhid Xudayar Yusifzadəyə şeir həsr etdi - Mətn - Video


  • 14:51 / 04 12 2020 |
  • Bölmə: Gündəm / Video


Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, yazıçı və şair Mahirə Nağıqızı qəhrəman şəhidimiz Xudayar Yusifzadəyə şeir həsr edib.
"Rupor" həmin şeirin mətnini və video varinatını təqdim edir. Şeir müəllifin özü tərəfindən səslənidirilib. 

Millət üçün ünvana döndün

Çıxdın zirvəsinə uca dağların
Göylərə çəkilib dumana döndün
Silib göz yaşını al yanaqların
Qəlblərdə ən əziz Mehmana döndün

Nahaq qan qalammaz yerdə, deyirdin
Biz dəva gəlmişik dərdə, deyirdin
Soruçsan ünvanın Bərdə deyirdin
Özün millət üçün ünvana döndün

Göydən Allah baxır, haqq divanı var
Soraq məqamı var, sorğu anı var
Hərənin qəlbində qəhrəmanı var
Minlərin gözündə mizana döndün

Özün manşırladın qismət oyununu
Yuva tək seçib də Vətən qoynunu
Anan el içində bükməz boynunu
Dərdindən əriyib dərmana döndün

Bilirdin bu Vətən nədən yaxşıdır
Qoynunda göyərən bitən yaxşıdır
Övladda havara yetən yaxşıdır
Havara yetişib aslana döndün

Nə nəqədr istəyə yerbəyer yaza
Ürəyi üçuna nə deyir yaza
Mahirə şəninə yüz şeir yazar
Bəs etməz, yazdığın dastana döndü


 

Xatırlatma: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin giziri, ikinci Qarabağ müharibəsi zamanı Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhid olan Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ildə Bərdənin Qazıqurdalı kəndində anadan olub. Bərdə 1 saylı uşaq musiqi məktəbinin xanəndəlik ixtisasını bitirib.
Ailədə 3 qardaş və bir bacı olublar. Xudayar ailənin ən kiçik övladıdır.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb. Astarada yerləşən N saylı sərhəd zastavasında xidmət edib. Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılıb. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd zastavasında xidmətə başlayıb. Kəlbəcər, Cəbrayıl, Zəngilan, Kəlbəcər rauonları istiqamətində,  Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə könüllü kimi iştirak edərək qəhrəmanlıqlar göstərib.
Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərib və yaralanmasına baxmayaraq düşməni məhv edib. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə ucalıb.
Xudayar Yusifadə döyüşlərdən iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısını oxuyarkən yoldaşları videoya alıb. Həmin video sosial şəbəkələrdə trendə çevrilib. 

Eldar Orucov






Oxşar xəbərlər