Ömər Eldarov: “Adımı siyahıdan çıxara bilərlər” - Əsasnamənin 12-ci bəndi ilə üz-üzə


  • 17:30 / 15 05 2020 |
  • Bölmə: Gündəm

  
28 may – Respublika günü ərəfəsində Azərbaycan Respublikasında dövlət büdcəsinin vəsaiti hesabına elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5  Dövlət Mükafatı veriləcək. 
 
Aprelin 28-də elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bu ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısını açıqlayıb. Müxtəlif dövlət qurumları müxtəlif sahələr üzrə əsərləri Dövlət Mükafatına təqdim ediblər. 

“Rupor Analitik” kiçik araşdırma aparıb siyahıda adları təqdim olunan iki dəyərli şəxsiyyətimizlə bağlı nüansa diqqət çəkmişdi. 
 
Həmin şəxsiyyətləri bir də təqdqim edirik: 
 
1.Vasif Babazadə, Şəhla Abdullayeva -“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”. Bakı Dövlət Universiteti təqdim edib.
 
2.Ömər Eldarov, Elbay Qasımzadə - “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”. Memarlar İttifaqı təqdim edib.
 

Hər iki şəxsiyyət SSRİ Dövlət Mükafatını alıb. 
Dövlət Mükafatları Komissiyasının Əsasnaməsinin 12-ci bəndində belə deyilir: 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər bu Mükafata təqdim edilə bilməz. Mükafat bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Mükafat verilmir. Bir qurum tərəfindən Mükafata yalnız bir əsər təqdim edilə bilər.

Təbii ki, anlaşılmazlığın olduğunu “Rupor” ortaya çıxarıb, o da davamını gətirməlidir. 
Əməkdaşımız Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovla danışıb. 

Hörmətli Ömər müəllim öncə Dövlət Mükafatını SSRİ zamanında aldığını bildirib. Müstəqil ölkədə almağın hüquqi mümkünlüyə diqqət çəkmək istəyib. Əsasnamənin 12-ci bəndini xatırlatdıqda belə deyib: “Adımı siyahıdan çıxara bilərlər”. 
 
Rupor Analitik”



Oxşar xəbərlər