Koronavirusa yoluxma sayı 4 mindən çoxdur


  • 15:18 / 17 12 2020 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Rupor" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.





Oxşar xəbərlər