Azərbaycanda zəlzələ oldu


  • 09:54 / 18 12 2020 |
  • Bölmə: Hadisə



Xəzər dənizində və Mingəçevirdə zəlzələ olub.
"Rupor" xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 62 km olub.
Bundan başqa yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.




Oxşar xəbərlər