Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Rupor" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 199 min 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 135 min 462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib. Aktiv xəstə sayı 61490 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 49 min 239 test aparılıb. Bugünkü test sayı isə 17931-dir.







Oxşar xəbərlər