Bir gecədə üç ev yandı


  • 09:21 / 08 01 2021 |
  • Bölmə: Hadisə


Qusar rayonunun Həzrə kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb.
"Rupor" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Oxşar xəbərlər