Ardıcıl üç zəlzələ baş verdi - Yenilənib


  • 11:35 / 08 02 2021 |
  • Bölmə: Hadisə


Azərbaycanda daha bir zəlzələ olub.
"Rupor" xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan  stansiyasından 31 km cənub-qərbdə Şamaxı  rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.
Zəlzələ hiss olunmayıb.   
10:52
Hacıqabulda yenidən zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə  Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.  
Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub. 
10:38
Hacıqabulda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul  rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.   
Zəlzələnin maqnitudası 4, dərinliyi 3 km olub.




Oxşar xəbərlər