Minaya düşən şəxsin sol ayağı kəsildi - Yeniləndi - Video


  • 22:19 / 22 02 2021 |
  • Bölmə: Hadisə



Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev Trend TV-nin Qarabağ bürosuna bildirdi ki, zərərçəkənin vəziyyəti orta ağırdır: “O, hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın, orta üçdə-bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Əməliyyata götürülür”.
Qeyd edək ki, sözügedən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanıb.



***

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Rupor" xəbər verir ki, bununla bağlı Tərtər rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.




Oxşar xəbərlər