Çoxmərtəbəli binadan yıxılıb öldü


  • 21:20 / 22 02 2021 |
  • Bölmə: Hadisə


Fevralın 22-si saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Rupor xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Prokurorluğundan APA-ya məlumat verilib. Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.




Oxşar xəbərlər