Bir evdə beş nəfər öldü - Bakıda


  • 15:31 / 23 02 2021 |
  • Bölmə: Hadisə



Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb.

"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.




Oxşar xəbərlər