Bakıda 64 nəfər yıxılaraq xəsarət aldı


  • 09:24 / 25 02 2021 |
  • Bölmə: Hadisə


Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Rupor" xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan 35-i kişi, 29 qadındır. 

Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.



Oxşar xəbərlər