"Meyvəli"dəki yanğında xəsarət alan yoxdur


  • 21:55 / 28 02 2021 |
  • Bölmə: Hadisə


Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

"Rupor" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.




Oxşar xəbərlər