İşğaldan azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldılar


  • 12:34 / 01 03 2021 |
  • Bölmə: Hadisə


İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

"Rupor" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatına görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri - Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilən digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulan nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

Araşdırmalarla onların Tərtər rayon sakinləri - Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.





Oxşar xəbərlər