Dilavər Əzimli vəfat etdi


  • 12:56 / 03 03 2021 |
  • Bölmə: Hadisə


Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib. 

"Rupor" xəbər verir ki, koronavirusa yoluxan alim komada idi. 

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.  

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.




Oxşar xəbərlər