Məkətəbin dam örtüyü uçdu - FOTO


  • 13:22 / 07 03 2021 |
  • Bölmə: Hadisə


Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Rupor"a verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Xəsarət alan yoxdur. 

İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.










Oxşar xəbərlər