Ağır yol qəzasında sürcü həyatını itirdi


  • 20:34 / 10 04 2021 |
  • Bölmə: Hadisə


Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Rupor" xəbər verir ki, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. 

İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. 

Faktla bağlı araşdırma aparılır. 




Oxşar xəbərlər