4 otaqlı ev yandı - FOTOLAR


  • 23:40 / 10 04 2021 |
  • Bölmə: Hadisə


Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb. 

"Rupor"
APA-ya istinadən xəbər verir ki, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib. 

Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb. 

Faktla bağlı araşdırma aparılır. 










Oxşar xəbərlər