"Minaları ermənilər yer altında gizləniblər" - ANAMA-nın əməkdaşı


  • 12:50 / 13 04 2021 |
  • Bölmə: Hadisə / Bölgə



"Qış fəslində yol kənarındakı minalar aydın şəkildə diqqət çəkirdi. İndi bahar fəsli olduğundan təhlükə görünməz olub. Ermənilər yer altında gizləniblər. Mən minalaraı nəzərdə tuturam".

"Rupor"un Cəbrayıla səfər edən əməkdaşnın verdiyi məlumata görə, bu fikirləri Cəbrayılın Böyük Mərcanlı kəndində jurnalistlərə açıqlama verən  ANAMA-nın əməkdaşı Azər Hüseynov bildirib. 

Mütəxəssis deyib ki, indiyə qədər bu əraziərd 4000 mindən artıq mina zərərsizləşdirilib: "Bizim qurumun tərkibində maarifləndirmə şöbəsi var. Onlar əhaliyə xəbərdarlıq edir və  son dərəcə ehtiyatlı olmaları üçün müxtəlif bilgiləndirici işlər görürlər"

Xatırlatma: Azərbaycanın Kütləvi İnformasiya Vasitələri təmsilçilərindən ibarət növbəti qrupun işğaldan azad olunmuş yurdlarımıza səfəri başlayb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən səfər çərçivəsində 60-a yaxın media nümayəndəsi Cəbrayıl və Qubadlı rayonlarını ziyarət edəcək. 

Dilşad





Oxşar xəbərlər