Cəbrayıl və Qubadlıda 750 ağac əkildi - VİDEO


  • 18:53 / 13 04 2021 |
  • Bölmə: Hadisə / Bölgə


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarında keçirdiyi növbəti ağacəkmə aksiyası zamanı ərazidə 750-ə yaxın ağac əkilib.

"Rupor" Trend.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub:

"Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekolpji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".
Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:
"Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi".





Oxşar xəbərlər