“Sabah” – “Qarabağ” oyununda gözlənilməz hadisə baş verdi


  • 21:34 / 09 05 2021 |
  • Bölmə: Hadisə


Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Qarabağ” oyununda gözlənilməz hadisə baş verib.

"Rupor" APA-ya istinadla xəbər verir ki, yenicə start götürən qarşılaşma 5-ci dəqiqədə dayandırılıb.

Buna səbəb stadionun projektorunun sönməsi olub. Bu səbəbdən baş hakim Rauf Cabarov problemin həll olunması üçün görüşü dayandırmalı olub.

Təxminən 3 dəqiqə oyun dayandırılsa da, sönən projektor yanmayıb.

Buna rəğmən referi hər iki komanda ilə məsləhətləşdikdən sonra matçın davam etdirilməsini qərara alıb.




Oxşar xəbərlər