Azərbaycanda zəlzələ oldu


  • 09:16 / 21 05 2021 |
  • Bölmə: Hadisə


Azərbaycanda zəlzələ qeydə alınıb.

"Rupor" bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar Qazax stansiyasından 26 km şimal-şərqdə, Ağstafada yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.




Oxşar xəbərlər