9 yaşlı uşağı maşın vurdu


  • 22:23 / 10 06 2021 |
  • Bölmə: Hadisə


Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Rupor" xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub.

Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.(Report)




Oxşar xəbərlər