Qardaş qardaşı öldürdü


  • 12:06 / 18 06 2021 |
  • Bölmə: Hadisə


Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşını və həmkəndlisini güllələyib.

“Rupor” xəbər verir ki, rayonun Abad kənd sakini Mustafa Ələşrəfov münaqişə zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968- ci il təvəllüdlü Qələndər Ələşrəfovu və qonşusu, 1972-ci il təvəllüdlü Quliyev Cəmil Sərdar oğlunu vurub.

Nəticədə qardaşı Q. Ələşrəfov ölüb, C.Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən M.Ələşrəfov polis əməkdaşları tərəfindən tutulub.






Oxşar xəbərlər