Gənc biznes mərkəzində intihar etdi - Fotolar


  • 12:32 / 22 06 2021 |
  • Bölmə: Hadisə



Bakıda “Azure” biznes mərkəzində gəncin intihar etdiyi məlum olub.

"Rupor" xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Bakıda “Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.

"Rupor" Report-a istinadən xəbər verir ki, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü E.Məmmədov yerə düşüb.

Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aprılır.








Oxşar xəbərlər