Mikroavtobusla motosiklet toqquşdu, bir nəfər dünyasını dəyişdi


  • 18:42 / 23 06 2021 |
  • Bölmə: Hadisə


Zaqatalada baş verən yol qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

"Rupor" APA-ya istinadən xəbər verir ki, qəza zamanı aldığı ağır xəsarətlərdən ölən şəxs mikroavtobusda olan sərnişin, Zaqatalanın Qandax kənd sakini, 1966-cı il təvəllüdlü Zöhrə Mehralı qızı Cəbiyevadır.

Rayonun Muğanlı kənd sakini 1990-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılovun idarə etdiyi mikroavtobus Zaqatala-Qandax- Kəpənəkçi avtomobil yolunda hərəkətdə olarkən Qandax kənd sakini Vasif Şamsun oğlu Əsgərovun idarə etdiyi qoşqulu motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü V. Əsgərov, onun oğlu, motosikletdə sərnişin qismində olan 23 yaşlı Adəm Əsgərov, mokroavtobusda olan sərnişinlər - rayonun Qandax, Faldar və Muğanlı kənd sakinləri olan ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mikroavtobusun sərnişinlərinin tütünçü olduqları bildirilir. Onlar Şəki rayonu ərazində əkilən tütün sahəsindən işlədikdən sonra evlərinə qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər