Jurnalistləri daşıyan avtobus aşdı - İranda


  • 20:30 / 23 06 2021 |
  • Bölmə: Hadisə


İranlı jurnalistləri daşıyan avtobus aşıb.

"Rupor" xəbər verir ki, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.



Oxşar xəbərlər