Mağazalardan telefon oğurlayanlar saxlanıldı - Video


  • 14:31 / 09 07 2021 |
  • Bölmə: Hadisə


Paytaxtın Səbail rayonunda mobil telefon mağazasından oğurluq edən şəxs saxlanılıb.

"Rupor" xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Rayon ərazisində olan mağazalardan birinin sahibi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs obyektdən dəyəri 1500 manat olan bir ədəd mobil telefonu oğurlayıb. Həmin şəxsin mağazadan oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Zeynalov qısa zamanda saxlanılıb. Həmin şəxs ifadəsində təkcə Səbail rayonunda deyil, paytaxtın digər rayonlarında təxminən 20-yə yaxın mağazadan mobil telefon oğurladığını bildirib.

Eldar Zeynalovun ətrafında araşdırmalar davam etdirilir.

"Oğurluq edən şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.






Oxşar xəbərlər