İntihara cəhdin qarşısı alındı


  • 15:20 / 10 07 2021 |
  • Bölmə: Hadisə


Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

"Rupor" bu barədə FHN-ə istinadən xəbər verir.

Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.




Oxşar xəbərlər