Əmisi oğlunu xilas etdi, özü boğuldu


  • 22:37 / 20 07 2021 |
  • Bölmə: Hadisə




Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub.


"Rupor" APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə Biləsuvar şəhəri ərazisində, Bolqarçayda qeydə alınıb.


Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.


Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər