Bacısını su kanalına ataraq öldürən şəxsə hökm oxundu


  • 11:44 / 21 07 2021 |
  • Bölmə: Hadisə


Şabranda bacısını qətlə yetirməkdə təqsirləndirilən Elşən Abdulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Rupor" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Şabran rayonunda qeydə alınıb. Rayon sakini, Abdulov Elşən Oktay oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq öldürüb.



Oxşar xəbərlər