Su kanalında batdı - Video


  • 13:19 / 21 07 2021 |
  • Bölmə: Hadisə


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

"Rupor" FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.






Oxşar xəbərlər