Köhnə tikilidə yanmış kişi meyit tapıldı


  • 23:21 / 21 07 2021 |
  • Bölmə: Hadisə


Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən "köhnə çörəkbişirmə" zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

"Rupor" xəbər verir ki,  Mil-Muğan bürosunun məlumatına görə, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.(APA)




Oxşar xəbərlər