20 yaşlı qız özünü dənizə atdı


  • 16:06 / 24 07 2021 |
  • Bölmə: Hadisə


Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
 
"Rupor" FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.





Oxşar xəbərlər