Bayıldakı güclü yanğın söndürüldü - VİDEO


  • 13:00 / 25 07 2021 |
  • Bölmə: Hadisə


Bakıda Bayıl yamacında güclü yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğınla bağlı hələlik rəsmi açıqlama yoxdur.
***
Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən "Rupor"a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
***
FHN baş vermiş yanğınla bağlı daha bir məlumat yayıb.

Qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Bildirilir ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.






Oxşar xəbərlər