Qadını bıçaqla öldürdü


  • 13:33 / 30 07 2021 |
  • Bölmə: Hadisə


İyulun 30-u səhər saatlarında  Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı "Rupor"a  Xaçmaz rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu  qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq   davam edir.



Oxşar xəbərlər