Sərnişin avtobusu piyadanı vuraraq öldürdü


  • 15:45 / 30 07 2021 |
  • Bölmə: Hadisə


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Rupor" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Səbail rayonu Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər