Ağsuda baş verən yanğın söndürüldü - Yenilənib


  • 08:59 / 17 08 2021 |
  • Bölmə: Hadisə


Ağsu rayonunun Keşdiməz kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

"Rupor" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
16 avqust, saat 23:34
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonu, Keşdiməz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 150 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.







Oxşar xəbərlər