Qonşusu olan qadını öldürən qadın həbs edildi


  • 09:43 / 01 09 2021 |
  • Bölmə: Hadisə


Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

"Rupor" xəbər verir ki, Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.



Oxşar xəbərlər