Əliağa Vahidin qızı: “Texniki Universitetdə ayaqyolu təmizləyirdim, dilənçilik etmirdim” - FOTO




      Bölmə: Mədəniyyət Tarix: 29.10.2023 / 19:22

"İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox insan yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd edirdilər ki, hamı pensiya ilə dolanır. Mən dilənçi deyiləm. Heç kimə demirəm ki, gətir mənə artıq pul ver. Azərbaycan Milli Kitabxanasında çalışırdım. 65 yaşım tamam olanda pensiyaya çıxardılar. On il qabyuyan işləmişəm, metropolitendə də çalışmışam. Orada-burada işləməklə 42 il təcrübə qazandım. Texniki Universitet ayaqyolu təmizləyirdim, sonra etiraz etdim. Elə əziyyətlərlə övladlarımı saxlamışam".

Rupor.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa deyib.

O, daha sonra əlavə edib ki, iş tapmaq ümidi ilə deputat Rafael Hüseynova da telefonla zəng edib:

"Balaca qızım bəzən məni danlayır ki, neynirsən işi? Yaş keçir, nə işləyəcəksən?! Süpürgəçilik daha əlimdən gəlməz, o vaxt cavan idim. Millət vəkili Rafael Hüseynovun nömrəsini mənə verdilər. Bir neçə dəfə zəng etdim ki, ondan özüm üçün bir iş xahiş edim, amma telefonumu açmır. Atamın əşyaları onun rəhbərlik etdiyi Nizami muzeyində qorunur. Çox istərdim ki, orada məni bir işlə təmin etsin. Ən azından muzeydəki eksponatlara nəzarət edərdim. Hər dəqiqə də zəng etmək istəmirəm, çürükçü adam deyiləm. Deputat Rafael Hüseynov efirdə Füzulidən, Nizamidən, Nəsimidən danışır, amma bir dəfə də olsun Əliağa Vahiddən danışmayıb. Əliağa Vahid də balaca adam olmayıb axı".

Firəngiz xanım qardaşının ona hər zaman yalan danışdığını söyləyib.

"Qardaşım dünyasını dəyişəndən ailəsi elə də ürəkaçan vəziyyətdə deyil. Atamın şeirlərindən uşaq olarkən qonorar alırdıq. 40 manat mən alırdım, 40 manat da qardaşım. Üst-üstə gələndə 80 manat olurdu. Qardaşım o pulla universitet, mən isə texnikum oxudum. Kitab çıxanda, satılanda da bizə pul gəlirdi. Qardaşım gedib gizlin Masazırda özünə torpaq sahəsi almışdı. Gizlədib ki, hər şey qoy ona qalsın. Neçə illər məndən gizlin Prezident təqaüdü alıb. Mən guya bilib onun əlindən alacaqdım ki?" , - deyə Firəngiz Əliağa bildirib.

 

 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---